
"Hypers Guba" klubunun prezidenti Ayaz Abdullayevin "Difai"yə 1:3 hesabı ilə uduzduqları I Liqaya vəsiqə uğrunda pley-off matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyun haqqında düşüncələriniz necədir?
- Çətin qarşılaşma oldu. “Difai” I Liqada fərqli oyun göstərir, yaxşı komandadır. I Liqanı 9-cu yerdə bitirməsinə baxmayaraq, xarakterli komanda olduqlarını göstərdilər.
- İl ərzində çəkdiyiniz əziyyətə heyfiniz gəlmədi?
- Heyfim gəlmədi. Komandanın bu yerə gəlməsi də uğurdur. Klub kimi çıxış etməyə başlayanda bilmirdik ki, Region Liqasında finalçı olacağıq və II Liqada 4 cü yeri tutub pley-off oynyacağıq. Qismət belə imiş...
- Məğlubiyyət sizə necə təsir etdi?
- Azarkeşlərimizin adına üzüldüm, amma komanda olaraq, təcrübə topladıq.
- Gələn mövsüm nəyə ümid edirsiz?
- Çempion olmaq üçün maksimum səy göstərərəcəyik.
- Bu heyəti qoruyub saxlamaqla yanaşı, transferlər edə biləcəksiniz?
- Bəli, heyətimizdəki bəzi boşluqları dolduracağıq. Bunu oyunlara baxanda da görmək olur. Onu aradan qaldırmağa çalışacağıq.
- Ehtiyat oyunçuların azlığının məğlubiyyətə təsiri oldu?
- Biz II Liqada bu il oynamağa başlamışıq. Oyunçu qıtlığımız var idi. Hər oyunçuya təklif göndərəndədə komanda yeni olduğundan, bəzən müsbət qarşılamırdılar. Amma bu il komandamız onu göstərdi ki, növbəti il daha yaxşı transferlər edə bilərik.
Haşım MƏMMƏDOV