
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanova ağır itki üz verib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rusiyalı mütəxəssisin atası Pyotr Vasilyeviç Tarakanov dünyasını dəyişib.
67 yaşlı mütəxəssis dəfndə iştirak etmək üçün Rusiyanın Mordoviya vilayətinə yollanıb.
Qeyd edək ki, Azərbaycan millisi hazırda Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.