
Fransa yığması UEFA Millətlər Liqasının İspaniya ilə yarımfinal matçında qapısından 5 top buraxıb.
Sportnet.az Opta-ya istinadən xəbər verir ki, bununla "xoruzlar"ın passivinə son 56 ilin ən pis göstəricisi yazılıb.
İkiqat dünya və ikiqat Avropa çempionları sonuncu dəfə 1969-cu ildə 5 dəfə mərkəzə dəvət olunub. Həmin vaxt Fransa İngiltərəyə 0:5 hesabı ilə uduzub.
Bu dəfə isə İspaniya millisi minimal fərqlə qalib gəlib - 5:4.
Qeyd edək ki, Fransa DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.