
“Yaxşı qol vəziyyətlərimiz oldu, amma bunlardan istifadə edə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov Latviya ilə səfərdə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra deyib.
33 yaşlı yarımmüdafiəçi yaxşı oyun sərgilədiklərini iddia edib: "Müdafiədə kompakt oynamağa və əks-hücumlarda epiozdlar yaratmağa çalışırdıq. Bu, bizə gələcək oyunlarda lazım olacaq".
O, komandasının son 5 oyunda qol vurmağı bacarmamasına və bir ilə yaxın müddətdə qələbə qazana bilməməsinə səbəb tapa bilməyib: “Şanslarımız olur, amma son nöqtəni qoymaq çatışmır. Məncə, futbolçular topu özlərində çox saxlayırlar. Ümid edirəm ki, qollar da qələbələr də gələcək".
Mahmudov DÇ-2026-nın seçmə mərhələsində güclü komandalarla qarşılaşacaqlarını söyləyib: “Hələ vaxtımız var. Çalışacağıq ki, diqqətlə hazırlaşaq. Bu gün müdafiədə kompakt oynamağımız qrupda güclü komandaların olması ilə bağlıdır”.