
“Qəbələ” futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə uzadılmayıb.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.
Qeyd edək ki, Elvin Yunuszadə 2014-cü ildə Azərbaycan millisinin heyətində meydana çıxdığı 3 oyunda 1 qol müəllifi olub.