
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gecə ilk finalçı müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyun günündə Braziliyanın “Fluminense” komandası İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək.
İst Raterford şəhərindəki “MetLayf” stadionionunda keçiriləcək qarşılaşmanı fransalı hakim Fransua Leteksyö idarə edəcək.
Klublararası dünya çempionatı, 1/2 final
8 iyul
23:00. “Fluminense” (Braziliya) - “Çelsi” (İngiltərə)
Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da PSJ (Fransa) ilə “Real Madrid" (İspaniya) komandaları arasında olacaq.