
"Karvan" klubu ikinci futbolçu transferini həyata keçirib.
Sportnet.az Yevlax təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi mövqeyində çıxış edən Süleyman Əhmədovla 1 illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu son olaraq “Səbail” klubunda çıxış edib.
Qeyd edək ki, "Karvan" daha əvvəl "Turan Tovuz"dan ayrılan Eltun Turabovu heyətinə qatıb.