
“Yuventus”un və İtaliya yığmasının sabiq müdafiəçisi Corcio Kyellini “Los-Anceles” klubunun ortaq sahibi olub.
Sportnet.az xəbər verir ki, bu barədə Kaliforniya klubunun rəsmi saytı məlumat yayıb.
Kyellini 2022-2023-cü illərdə “Los-Anceles”də çıxış edib.
İtaliyalı keçmiş futbolçu hazırda "Yuventus"da Futbol Strategiyasının Direktoru vəzifəsində çalışır.
Kyellini İtaliya millisi ilə Avropa çempionu olub. O, 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib.