
ABŞ-də keçirilən klublararası dünya çempionatının ilk finalçısı bəlli olub.
Sportnet.az xəbər verir ki, birinci yarımfinal oyununda İngiltərə təmsilçisi “Çelsi” Braziliyanın “Fluminense” klubunu 2:0 hesabı ilə məğlub edib.
London klubunun hər iki qolunu (dəq. 18; 56) braziliyalı debütant Joao Pedro vurub.
“Çelsi” finalda PSJ (Fransa) – “Real Madrid” (İspaniya) görüşünün qalibi ilə qarşılaşacaq. Həmin oyun iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, turnir iyulun 13-də başa çatacaq.