
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u qapıçı transfer edib.
Sportnet.az "İndex.hr" saytına istinadən xəbər verir ki, Split təmsilçisi Kiprin "Pafos" komandasından İvitsa İvuşiçi heyətinə qatıb.
"Hayduk" 30 yaşlı qolkiperin keçidinə görə 500 min avro ödəyəcək.
İvuşiç Xorvatiya millisinin 2022-ci il dünya çempionatının bürünc medalını qazanan heyətində yer almışdı. O, vətənində "Osiyek", "İstra 1961" və Yunanıstanda "Olimpiakos" klublarında oynayıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.