
Azərbaycan futbolu üçün yeni musiqi bəstələnib.
Sportnet.az xəbər verir ki, mahnının müəllifi "O səs Azərbaycan" müsabiqəsinin qalibi, Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Nadir Rüstəmlidir.
Mahnıya "Bizə qələbə lazımdır" adı verilib. İfa ilk dəfə Premyer Liqanın püşkatma mərasimində səsləndirilib.