
"Kəpəz" qarşılıqlı razılıq əsasında futbolçusu Şervoni Mabatşoev ilə müqaviləyə xitam verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tacikistanlı yarımmüdafiəçiyə xidmətləri qarşılığında təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
Mabatşoev Gəncə komandasına ötən mövsümün qış fasiləsində cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.