
"Karvan-Yevlax" komandası növbəti transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Vitor Roxanı heyətinə qatıb.
Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanxoanense” klubunda forma geyinib.
Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.