
Ovusu Kvabenanın Azərbaycana qayıtması ilə bağlı xəbərlər təsadüfən yayılmayıbmış. Qanalı hücumçu həqiqətən də ölkəmizdən təklif alıb alıb. Amma budəfəki müştəri “Qarabağ” deyil.
28 yaşlı oyunçu “Turan Tovuz”la danışıq aparır. Qərblilər iddialı heyət qurmaq niyyətindədir və özünü sübut etmiş futbolçularla maraqlanır. Kurban Berdıyevin legioner seçimləri özünü doğrultmadığından rəhbərlik işə qarışıb və Azərbaycanda özünü isbatlamış futbolçuları düşərgəyə toplayır.
Çempionluq vədi verən klubun İdarə Heyətinin rəhbəri Ehtiram Quliyev bunu bacarmağın yolunu “Qarabağ”ı yamsılamaqda görür. O, vaxtilə Ağdam klubunda oynamış əcnəbilərə qucaq açmaqla uğur qazanacağına ümid edir. Filip Ozobiç və İbrahima Vadjinin transferi, Marko Veşoviçlə danışıqların davam etməsi təsadüfi deyil. İndi də Ovusu ilə son detallar müzakirə olunur.
Xatırladaq ki, “Qarabağ” Kvabenanı 2023-cü iln qışında “Ferentsvaroş”a satmışdı. Lakin o, ağır zədədən sonra uzun müddət özünə gələ bilmədi və azad agent kimi macar klubunu tərk edib (futbolinfo.az).