
“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında I turun “Şamaxı” ilə qarşılaşması 23 yaşlı futbolçu üçün 100-cü olub.
Səfərov bu matçlarda 5 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.
Səfərov həm də Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.