
"Liverpul" klubunun azarkeşi İngiltərə çempionatının ilk turunda "Bornmut"a qarşı keçirilən matçda irqçi təhqirlərə yol verdiyinə görə Böyük Britaniyadakı bütün stadionlara girişinə qadağa qoyulub.
Sportnet.az "BBC"yə istinadən xəbər verir ki, onun bu davranışına görə qarşılaşmanın ilk hissəsində fasilə yaranıb və bir neçə dəqiqə sonra görüş yenidən davam edib.
Əlil arabasında olan tərəfdar "Bornmut"un qanalı hücumçusu Antuan Semenyonu təhqir edib. Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.