
Azərbaycan I Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında təşkil olunan tədbirdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb.
11 sentyabrda start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
I tur
“Zaqatala” – “Cəbrayıl”
“Şəfa” – “Şimal”
MOİK – “Şahdağ Qusar”
“Baku Sportinq” – “Difai”
“Səbail” – “Mingəçevir”
XIX tur
“Səbail” – “MOİK”
“Baku Sportinq” – “Mingəçevir”
“Şəfa” – “Şahdağ Qusar”
“Şimal” – “Zaqatala”
“Difai” – “Cəbrayıl”
Qeyd edək ki, I Liqada 2025-2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə sayta yerləşdiriləcək.