
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Zirə-2"nin kapitanı Murad Ələkbərovu sərt cəzalandırıb.
Sportnet.az xəbər verir ki, Ələkbərov I turun “Neftçi-2” ilə ev oyununun 90+4-cü dəqiqəsində təcavüzkar davranışa yol verib.
O, rəqib komandada çıxış edən oyunçunu vurub.
Birbaşa qırmızı vərəqə alan Ələkbərov 4 oyunluq cəzalanıb. “Zirə-2” isə 300 manat cərimə edilib.
Qeyd edək ki, avqustun 18-də Binə qəsəbə stadionunda keçirilmiş oyun "Neftçi-2"nin qələbəsi ilə yekunlaşıb - 1:0.