
"İnamlı qələbə qazandıq".
Bunu “Karvan Yevlax”ın futbolçusu Vadim Abdullayev Azərbaycan Premyer Liqasının II turunda “Kəpəz” üzərində qazandıqları 3:2 hesablı qələbəni Sportnet.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, qələbə qazanmaq hər zaman xoşdur: "Biz bura 3 xal üçün gəlmişdik. Hər iki komanda oyuna köklənmişdi və qələbəni çox istəyirdik. Çətin, ağır oyun oldu, amma nəticə istədiyimiz kimi alındı. Allaha şükürlər olsun ki, hədəfimizə nail ola bildik”.
31 yaşlı yarımmüdafiəçi mövsümdəki məqsədlərə də toxunub: “Yeni komandayıq, əsas məqsədimiz çempionatda mövqeyimizi qorumaqdır. Çatışmazlıqlarımız çoxdur, amma bunlar yavaş-yavaş aradan qalxacaq. Hazırda ən vacib olan güclü və mübariz bir komanda formalaşdırmaqdır".