
“Qarabağ”ın yeni transferi müəyyənləşdi
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi heyətinə daha bir futbolçu qatıb. Söhbət kolumbiyalı Kamilo Duran Markesdən gedir.
23 yaşlı oyunçu sabah Azərbaycana gələcək. O, Kolumbiya U-20 millisinin formasını geyinib və futbolun sirlərini ölkəsinin “Medellin” klubunda öyrənib. 2021-ci ildə “Flamenqo”ya icarəyə verilən cənubi amerikalı daha sonra Portuqaliyanın “Lusitania” və “Estrela” U-23 komandalarında çıxış edib. 2024-cü ildə isə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.
Universal keyfiyyətləri ilə seçilən Duran hücumun mərkəzi ilə yanaşı, cinah mövqelərində də oynaya bilir.
Qeyd edək ki, “Qarabağ” mövsümlərarası fasilədə beş futbolçu ilə güclənib. Dani Bolt (“Torreense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Sami Mmaee (“Dinamo” Zaqreb – icarə) və Joni Montiel (“Rayo Valyekano”, İspaniya) artıq komandanın yeni üzvləridir.
(İdmanxəbər)