
"Elə məsələlər var ki, onları mətbuat və ya ictimaiyyət qarşısında müzakirə etmək doğru deyil".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubun büdcəsinin iki dəfə azaldıması barədə xəbərlərə münasibət bildirərkən deyib.
43 yaşlı mütəxəssis belə bir məlumatları nə təsdiq, nə də təkzib edib: "Hər mövsümdə olduğu kimi, qarşımıza büdcə qoyulur. Biz də büdcəyə uyğun təhlillər apararaq işlərimizi qururuq. Ötən mövsüm bitdikdən sonra rəhbərliklə oturaraq, müəyyən məsələləri müzakirə etdik. Bizə büdcə verildi və biz də buna uyğun işimizi qururuq. İstər azalsın, istər çoxalsın, istər 2 dəfə azalsın, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək".
Qeyd edək ki, "Zirə" 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında 2-ci yeri tutub. UEFA Konfrans Liqasında isə "qartallar" Xorvatiya "Hayduk"una II təsnifat mərhələsində iki oyunun nəticəsində uduzaraq (1:1, 1:2) mübarizəni dayandırıb.