
"Qarabağ" və Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.
Sportnet.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə Pireney komandasının idman direktoru Fernando Yamada Bakıya gəlib.
"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.
Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. Idarə Heyəti üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.