
“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.
Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb.
Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.
Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/2016, “Qəbələ”ni 2023/2024, “Kəpəz”i 2024/2025 mövsümündə 4:0 hesabı ilə məğlub edib.