
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Luis Suares "Sietl Saunders"in əməkdaşının üzünə tüpürüb.
Sportnet.az-ın məlumatına görə, insident bu gecə Liqalar Kubokunda keçirilmiş səfər matçının ardından baş verib.
"Sietl Saunders"in 3:0 hesablı qələbə qazandığı görüşdən sonra futbolçular, meydana girən məşqçilər və hər iki komandanın əməkdaşları arasında kütləvi toqquşma yaşanıb. Həmin anda 38 yaşlı hücumçu söz savaşından sonra "Sietl" əməkdaşlarından birinin üzünə tüpürüb.
Qeyd edək ki, Liqalar Kuboku MLS (ABŞ və Kanada) və MX (Meksika) klubları arasında 2019-cu ildən hər il keçirilən Şimali Amerika turniridir. Ötən mövsüm qələbəni "Kolambus Kryu" qazanıb.