
Minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 3 klubun rəqibləri püşk nəticəsində müəyyənləşib.
"Zirə" C qrupunda "Red Mit Burger Salon Afula" (İsrail), "MF Jakmart Humen" (Slovakiya) və "Privat Ruftop Budapeşt" (Macarıstan) komandalarına rəqib olub.
"Birbaşa" "Red Star Belqrad VD" (Serbiya), "Manqa Tropikal Porto" (Portuqaliya) və "Annabella Raureni" (Rumıniya) ilə birlikdə F qrupuna düşüb.
"Aznur" isə G qrupunda "Pioner Qrup Almatı" (Qazaxıstan), "Qrupo Roksu Ovyedo" (İspaniya) və "Hoverla ZAK Praqa" (Çexiya) kollektivləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar 17 - 21 sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.