
İspaniyanın "Vilyarreal" klubu Gürcüstan millisinin futbolçusu Jorj Mikautadzeni Fransa "Lion"undan transfer edib.
Sportnet.az "sarı sualtı qayıqlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə 2031-ci ilin yayınadək müqavilə bağlanılıb.
Bu keçid üçün "şirlər"ə 31 milyon avro ödənilib.
Qeyd edək ki, Jorj Mikautadze "Lion"da 2024/2025 mövsümündə forma geyinib. O, "Mets"dən 18,5 milyon avroya alınıb. Daha əvvəl isə gürcü forvard Niderland "Ayaks"ında çıxış edib. Ötən mövsüm Mikautadze bütün yarışlarda 47 oyunda 17 qol və 11 məhsuldar ötürmə müəllifi olub.