
“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Benfika” sıralarını yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya təmslçisi "Sevilya"dan Belçika millisinin üzvü Dodi Lukebakionu transfer edib. 27 yaşlı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. "Benfika" bu keçidə görə 20 milyon avro ödəyib.
Qeyd edək ki, “Qarabağ”la "Benfika" arasında görüş sentyabrın 16-da Portuqaliyada keçiriləcək.