
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Sportnet.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikilərini bölüşüb.
Abbasov bildirib ki, milli səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacaq. Baş məşqçi ilk rəqib olan Portuqaliyanın çox güclü komanda olduğunu vurğulayıb: "Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətdələrindir. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.
Qeyd edək ki, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.