
“Burada olmaq, dövlətin bu cür diqqət və dəstəyini görmək bizim üçün çox xoşdur".
Sportnet.az xəbər verir ki, bunu "İmişli" komandasının baş məşqçisi Jorj Kaşkilya rayonun icra başçısı Elçin Rzayevlə görüşündə deyib.
Portuqaliyalı mütəxəssis növbəti qələbələrlə azarkeşləri sevindirmək istədiklərini bildirib: "Arzumuz odur ki, komandanın nailiyyətləri gənc futbolçular üçün örnək olsun. İmişlidə elə bir futbol akademiyası yaradılsın ki, bu, gənc istedadların inkişafı üçün başlanğıc nöqtəsinə çevrilsin və onlar peşəkar futbol yoluna inamla qədəm qoya bilsinlər".
Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının III turunda səfərdə "Sabah" komandasına qalib gəlib - 1:0. Hazırda Jorj Kaşkilyanın komandası 3 oyundan 4 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.