
"Turan Tovuz" komandası Xorxe Silvanı heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
iXorxe Silva son mövsümdə Sloveniya “Olimpiya”sının heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya Kubokunda isə 2 oyunda meydana çıxıb.