
"Qarabağ"ın yeni transferi Conatan Montiel zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
53 yaşlı mütəxəssis ispaniyalı yarımmüdafiəçinin bərpasına bir qədər vaxtın lazım gələcəyini bildirib.
Qeyd edək ki, Conatan Montiel "Qarabağ"la avqustun 3-də 2 illik müqavilə bağlayıb. 27 yaşlı yarımmüdafiəçi hələ hazır olmadığı üçün Çempionlar Liqasına sifariş olunmayıb.