
"Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq. Belə komandaya qarşı oyunda bunu etmək olmaz. Daha sonra "Sabah" oyunu nəticəyə daşıdı, daha arxayın mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Sabah" komandasına 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssis ötənilki səhvlər təkrarlanmağa başladığını təəssüflə bildirib: "Düzəltməyə çalışacağıq".
O, standart vəziyyətlər üzərində əvvəlki kimi işlədiklərini də diqqətə çatdırıb: "Hardasa alınır, hardasa yox. İnanıram ki, gələcəkdə tam alınacaq. Hər şey qarşıdadır".