
UEFA Gənclər Liqasında "Qarabağ" və Danimarka "Kopenhagen"i arasında keçiriləcək II tur matçının hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma belaruslu referi Amin Kurqheliyə tapşırılıb.
Ona həmyerliləri Yuri Xomçanka və Viktor Xeçikov yan xətt hakimləri qismində yardımçı olacaq.
Dördüncü hakim funksiyasını azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək oyun saat 14:00-da başlanacaq.