İtaliya A Seriyasında XXVIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma "Milan"ın qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Pervis Estupinyan 35-ci dəqiqədə vurub.
Bununla da xalını 60-a çatdıran "Milan" lider "İnter"lə fərqi 7-yə endirib.
















































































