
“Bavariya”nın hücumçusu Harri Keyn İngiltərə millisinin Uelsə qarşı yoldaşlıq və Latviyaya qarşı DÇ-2026-nın seçmə mərhələ matçını buraxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuhel ötən gün keçirdiyi mətbuat konfransında deyib. O, kapitanın yüngül zədəsinin olduğunu deyib. Buna görə də həkimlər tərəfindən onun qarşıdakı görüşlərdə iştirakı məsləhət görülməyib.
Qeyd edək ki, İngiltərə millisi oktyabrın 9-da Uels, 14-də isə Latviya ilə qarşılaşacaq.