
Çində dramatik hadisə baş verib. “Guanşi Pinqqo” klubunun yarımmüdafiəçisi Samyuel Asamoa matç zamanı reklam lövhəsinə dəyərək ağır zədə alıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı qanalı futbolçu boyun fəqərələrinin çıxığı və sınıqları ilə xəstəxanaya yerləşdirilib. Klubun açıqlamasına görə, Asamoaya paraplegiya diaqnozu qoyulub və o, ömürlük iflic qalmaq təhlükəsi ilə üz-üzədir.
Asamoa bu ilin fevralında “Guanşi Pinqqo”ya keçmişdi və komandanın əsas oyunçularından biri sayılırdı.