
Cənubi koreyalı futbolçu Son Hın Min milli komandada oyun sayında rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu son olaraq, oktyabrın 10-da Braziliyaya 0:5 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə çıxış edib.
Bu, təcrübəli forvardın yığmada 137-ci matçı olub. O, hərəyə 136 oyun keçirmiş Çha Bom Qın və Hon Men Bonu geridə qoyub.
Qeyd edək ki, Son Hın Min avqustda İngiltərə "Tottenhem"indən MLS-də çıxış edən ABŞ "Los Anceles"inə transfer olunub.