
“Güclü rəqibə qarşı iki oyun keçirdik".
Sportnet.az xəbər edir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Özbəkistanda təşkil olunan təlim-məşq toplanışı barədə danışarkən deyib.
Milli yerli komanda ilə ilk oyununda 0:0 hesablı heç-heçə etsə də, ikinci qarşılaşmada uduzub - 1:3.
Abdullayev oyunları belə şərh edib: "Birinci görüşdə dominantlıq rəqibdə idi. Fərdi ustalıqda bizi qabaqlayırdılar. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik. Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara şans verdik. Erkən qolla da hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı. Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik".
55 yaşlı mütəxəssis ümumilikdə toplanışdan razı qaldığını əlavə edib: "Təbii ki, çatışmazlıqlarımız var, bunların üzərində çalışacağıq”.