
UEFA Gənclər Liqasının əsas mərhələsində "Atletik"in İspaniyada "Qarabağ"la keçirəcəyi III tur oyununun təyinatları açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək.
FİFA referisi Qal Leviyə Haz Orpaz Hen və Zeev Vladimir Frenkel yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə ispaniyalı Con Andrade Del Olmo yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 22-də Lesama Təlim-məşq bazasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.