
FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Sportnet.az xəbər Əmiraslanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.
O, oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq.
Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim futnksiyasını yerinə yetirəcək.
Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.