"Çətin rəqibə qarşı oynadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis komandasının zəif çıxışının səbəbini başa düşmədiyini bildirib: "İlk yarıda, xüsusən, son 25 dəqiqədə zəif oynamağımızın səbəbini anlamadım. Lakin fasilədən sonra biz daha üstün idik. İlk yarını da ikinci hissə kimi oynasaydıq, nəticə fərqli olardı".
İliç baş hakim Rauf Cabarovun idarəçiliyi barədə danışmaq istəmədiyini açıqlayıb: "Mən hakimliyi heç vaxt düşünmürəm. Bu oyun barədə də eyni sözləri deyərdim. Bu, mənə ünvanlanan sual deyil".








































































