"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev, Abbas Hüseynov və Emmanuel Addai "Talant" Futbol Klubunun məşqində olublar.
Sportnet.az uşaq komandası ilə görüş maraqlı anlar yaşanıb.
Addai azyaşlı futbolçular önündə çıxışına azərbaycanca "Mənim adım Addai. Necəsən, necəsən? Yaxşı?" sözləri ilə başlayıb. Qanalı hücumçunun bu sözləri gülüşlə qarşılanıb.
Uşaqlarla söhbət edən "Qarabağ"ın futbolçuları onlara motivasiya verib, dəstək olublar.
Eyni zamanda "Talant"ın oyunçularına avtoqraf verən tanınmış simalar onlarla fotolar çəkdiriblər.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü il avqustun 23-dən "Qarabağ"ın formasını geyinir. 24 yaşlı vinger Azərbaycan klubunda ümumilikdə 55 oyunda 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
















































































