Rusiyanın gənclərdən ibarət yığma komandasının Qırğızıstanda keçiriləcək turnir üçün geniş heyəti açıqlanıb.
Sportnet.az Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 38 nəfərlik siyahıya əslən azərbaycanlı futbolçu Ülvi Babayev də daxil edilib.
Moskva "Dinamo"sunun 21 yaşlı hücumçusu yığmanın baş məşqçisi İvan Şabanovun da diqqətini cəlb edib.
Rusiya millisi noyabrın 12-də İran, noyabrın 15-də Qırğızıstan, noyabrın 18-də Bəhreynlə üz-üzə gələcək.
Qeyd edək ki, hazırda AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması istiqamətində danışıqlar aparır.






































































