"Bütün Azərbaycanın gözü bizdə olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev evdə İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının IV tur matçından əvvəl mətbuat konfransında deyib.
Cinah oyunçusu bildirib ki, inamlı, mübariz, səbirli və rahat oynamaq lazımdır: "Çox diqqətli olmalıyıq. Komanda olaraq oyuna hazırıq. Xarakterim elədir ki, aqressivlik var, çılğınlıq ola bilər. Amma hər iki tərəfdən məşq edirəm ki, çılğınlığımı müsbət tərəfə yönləndirim. Birəbir mübarizələrdə çox diqqətli oynamalıyıq. Bilirik ki, hansı oyunçu Mübarizələrə girəndə vərəqə almağı yox, top almağı fikirləşirəm. Rəqibin mənfi tərəflərindən danışmasaq, yaxşıdır. Rəqibi analiz etmişik. Pressinqlə çıxış edirlər, lakin boşluqları ola bilər".






































































