UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, püşkatma nəticəsində “Araz-Naxçıvan” Portuqaliya “Benfika”sına rəqib olub.
Azərbaycan çempionu ¼ finala vəsiqə qazanacağı təqdirdə, AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.
¼ final oyunları isə 23 fevral və 6 mart tarixlərində baş tutacaq.
Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.













































































