Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start verilib.
Sportnet.az xəbər verir ki, Zəfər turu adlandırılan XI turun açılış oyunu "Şamaxı" və "İmişli" komandaları arasında keçirilib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 78-ci dəqiqədə Kərim Rossi vurub.
Günün digər qarşılaşmasında isə "Qəəblə" və "Sumqayıt" üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş matçdan qonaqlar qalib ayrılıblar. 55-ci dəqiqədə Aleksandr Ramalinqomun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Səlahət Ağayev qaytarsa da, Rüstəm Əhmədzadə təkrar zərbə ilə hesabı açıb. 82-ci dəqiqədə isə Ramalinqomun özü fərqlənib.
Bu nəticələrdən sonra "Sumqayıt" 20 xalla 3-cü, "Şamaxı" 13 xalla 8-ci pilləyə yüksəlib. Əvəzində 12 xala malik "İmişli" 9-cu pilləyə enib, 5 xalı olan "Qəbələ" isə 10-cu mövqedə qalıb.
Azərbaycan Premyer Liqası, XI tur
7 noyabr (cümə)
13:44. “Şamaxı” – “İmişli” - 1:0
Sarı vərəqələr: Dioqo Balau, 21 (qeyri-idman hərəkəti); Karim Rossi, 28 (qeyri-idman hərəkəti) - Edvin Banquera, 15 (qeyri-idman hərəkəti); Ezekiel Morqan, 33 (qeyri-idman hərəkəti); Abbas Ağazadə, 77 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
Qol: Kərim Rossi, 78
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu, 500 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) (6. Antonio Lara, 90+1) 97. Oruc Məmmədov (5. Arsen Ağcabəyov, 86) 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (80. Həbib İsmayılov, 68) 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı (77. Elmir Rəhimzadə, 56) 94. Rafael Vieqaş (44. Həzrət İsayev, 86) 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo (22. İbrahim Əliyev, 86) 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 97. Xəzər Mahmudov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
16:44. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Rüstəm Əhmədzadə, 55; Aleksandr Ramalinqom, 82
Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 55 ("Sumqayıt")
Sarı vərəqə: Adriel Ba Loua, 6 (qeyri-idman hərəkəti); Xayme Syerra, 65 (qeyri-idman hərəkəti) - Abdul Raşid Mumini, 9 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 13 (hakimin qərarına etiraz); Nikola Ninkoviç, 65 (qeyri-idman hərəkəti); Pedro Pinto, 85 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu, 300 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev (66. Nuğay Rəşidov, 85) 27. Eşqin Əhmədov (12. İbrahim Sanqare, 66) 50. Adriel Ba Loua 42. Jondo Fuxs (10. Şahin Şahniyarov, 66) 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo (70. Paulo Quimbila, 85) 30. Prins Ovusu (97. Elşad Tağıyev, 85)
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 7. Rüfət Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
“Sumqayıt”: 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat (95. Nsana Simon, 76) 9. Aleksandr Ramalinqom (3. Höccət Haqverdi, 83) 14. Pedro Pinto 10. Nikola Ninkoviç (71. Masaki Murata, 66) 72. Rayan Senhadji 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 83) 80. Keffel Resende 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 75. Nadir Orucov 66. Ruslan Əliyev
Baş məşqçi: Saşa İliç
Qeyd edək ki, turun qalan oyunları 8-9 noyabrda olacaq.









































































