Bu gün Azərbaycan Premyer Liqasında ilk dövrənin son görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, Zəfər turu adlandırılan XI turun üçüncü oyun günündə qarşılaşmalar Qəbələ və Bakıda təşkil olunacaq.
Əvvəlcə Qəbələ şəhər stadionunda "Kəpəz" və "Sabah" komandaları üz-üzə gələcək. Bu, iki kollektiv arasında 13-cü matç olacaq. Əvvəlki oyunların 2-də Gəncə, 7-də Masazır təmsilçisi qələbə qazanıbsa, 3 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Sabah"ın aşkar üstünlüyü var - 28:15.
“Kəpəz” son iki qarşılaşmada qalib gəlib. Gəncə təmsilçisi son 6 oyundan qolsuz ayrılmayıb.
Hazırda "Sabah" 9 oyundan 18 xalla 6-cı, "Kəpəz" 10 oyundan 3 xalla 12-ci yerdə gedir.
Zəfər turunun son oyunu isə "Azersun Arena"da "Qarabağ" və "Neftçi" arasında olacaq. Azərbaycan çempionatları tarixində ilk dəfə iki komanda 100-cü dəfə bir-biri ilə qarşılaşacaq. Əvvəlki 99 görüşün 45-də Ağdam, 23-də Bakı təmsilçisi qələə qazanıb, 31 görüş heç-heçə ilə yekunlaşıb. "Qarabağ" topların nisbəində də ciddi fərqlə öndədir - 140:84. “Neftçi” son 5 oyunda qol vurmayıb. “Qarabağ” ardıcıl 9 qələbə qazanıb.
Hazırda "Qarabağ" 9 oyundan 20 xalla 2-ci, "Neftçi" 10 oyundan 15 xalla 7-ci yerdə gedir.
Azərbaycan Premyer Liqası, XI tur
9 noyabr (bazar)
15:44. “Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
18:44. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Azersun Arena”
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" evdə "İmişli"yə 1:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1, "Sumqayıt" səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Zirə" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 0:0.








































































