Fransa millisinin baş məşqçisi Didye Deşam bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçında ehtiyat oyunçulara şans verəcək.
Sportnet.az-ın "LEquipe" nəşrinə istinadən məlumatına görə, əsas heyət üzvləri D qrupunun son oyununda dincələcəklər.
Start heyətdə Lüka Şevalye, Malo Qusto, Maqnes Akliuş və Jan-Filipp Matetanın çıxacağı gözlənilir. Kapitan isə İbrahima Konate olacaq. PSJ-nin qapıçısı Şevalye Fransa millisində ilk oyununu məhz Azərbaycana qarşı keçirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:00-da başlanacaq.









































































