"Rəqibin çox güclü olması hamıya məlum idi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov evdə Fransaya 1:3 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra deyib.
26 yaşlı müdafiəçi komanda şəklində yaxşı mübarizə apardıqlarını və ən əsası, inamlı çıxış etdiklərini bildirib.
Daşdəmirov 4-cü dəqiqədə Renat Dadaşovun fərqlənməsi ilə nəticələnən məhsuldar ötürməsindən də danışıb: "Asist edəcəyimi gözləmirdim. Çox yaxşı, yaddaqalan epizod oldu. Bu qol daim yadımda qalacaq".
Onun sözlərinə görə, böyük oyunlarda səhv qaçılmazdır: "Şahrudin Məhəmmədəliyevin səhv etdiyini deməzdim. Bu da bir epizod idi. Belə oyunlarda mən də yanlışlığa yol verə bilərəm".









































































