Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu 1/8 final mərhələsinin ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, ilk iki mərhələni adlayan Azərbaycan çempionu ilk dəfə təşkil oluna bu mərhələdə Portuqaliya “Benfika”sı ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 9:0.
Qolları Anilton Silva 12-ci və 32-ci, Artur 14-cü, 22-ci və 36-cı, Kutçi 15-ci, Hiqor De Souza 16-cı və 39-cu, Jakare 30-cu dəqiqədə vurub.
Cavab görüşləri dekabrın 5-də keçiriləcək.










































































